Rüşvət alan bağça müdiri işdən qovuldu

Zaqatalada bağça müdiri rüşvət ittihamı ilə vəzifəsindən kənarlaşdırılıb.

Rüşvət alan bağça müdiri işdən qovuldu
Zaqatalada bağça müdiri rüşvət ittihamı ilə vəzifəsindən kənarlaşdırılıb.

meqale.com xəbər verir ki, Zaqatala şəhər Aydın Əhmədov adına 6 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Lətifə Hasilovanın rüşvət alması ilə bağlı iddialar yayılıb.

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məsələ barədə bildirilib ki, Hasilova artıq dekabrın 1-dən etibarən işindən azad edilib.

Sabiq müdirin fəaliyyəti dövründə çox sayda vətəndaşı işə düzəltmək adı ilə aldatdığı, onlardan külli miqdarda pul alaraq mənimsədiyi iddia olunur. Şikayətçilərin bildirdiyinə görə, Lətifə Hasilova müxtəlif şəxslərə vədlər versə də, sonda nə onları işlə təmin edib, nə də pullarını geri qaytarıb.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı araşdırma aparılır.

Məsələnin təfərrüatları araşdırma yekunlaşdıqdan sonra məlum olacaq.