"Youtube" bu ölkənin prezidentinin hesabını blokladı
Venesuela prezidentinin sosial şəbəkə hesabı bloklanıb.
meqale.com xəbər verir ki, Venesuela prezidenti Maduronun Youtube hesabına giriş məhdudlaşdırılıb. Platformadan verilən məlumata görə, kanal "istifadə qaydalarının pozulması" səbəbindən bağlanıb.
Qeyd edək ki, Maduroya məxsus kanalda gündəlik prezident çıxışları, hökumət tədbirlərindən yayımlar paylaşılırdı. Kanalın 200 mindən çox abunəçisi var idi. Rəsmi Karakas hələ ki, məsələ ilə bağlı mövqe açıqlamayıb.
İsmayıl meqale.com