Yücel Karauz: “Bu, prezident seçkilərinin tam şəffaf keçiriləcəyini deməyə əsas verir”
"Azərbaycan postsovet məkanında demokratik seçki prinsiplərinə önəm verən əsas ölkədir".
meqale.com xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
O bildirib ki, indiyə qədər keçirilən prezident, parlament, bələdiyyə seçkilərində, eləcə də referendumlarda Azərbaycanın demokratik seçki təcrübəsi formalaşıb: "Müstəqilliyin bərpasından sonra keçirilən bütün seçkilərin beynəlxalq standartlara uyğun olması bunu isbat edir. Ölkədə siyasi plüralizm, seçilmək və seçmək hüququ təmin olunub. İndiyə qədər keçirilən seçkilərin monitorinqini aparan beynəlxalq təşkilatların yekun rəyində də Azərbaycanın demokratik seçki prinsiplərinə əməl etdiyi yer alır".