Yunanıstanda güclü meşə yanğını başladı - yaşayış məntəqələri boşaldıldı

Yunanıstanın paytaxtı Afinadan 30 kilometr aralıda yerləşən Lambrakidə baş verən meşə yanğını səbəbindən ətrafdakı yaşayış məntəqələri boşaldılıb.

meqale.com report-a istinadən xəbər verir ki, Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə Nazirliyindən vətəndaşların mobil telefonlarına göndərilən təcili xəbərdarlıqda Koropi yaxınlığındakı Lambrakidə vətəndaşlardan meşə yanğını səbəbindən ərazini tərk etmələri istənilib.

Güclü külək səbəbindən nəzarət altına alına bilməyən yanğınla əlaqədar Kiçi qəsəbəsi boşaldılıb, təhlükəsizlik məqsədi ilə bəzi yollar nəqliyyatın hərəkətinə bağlanıb.