Yurgen Kloppa vəzifə verildi
"Borussiya Dortmund" və "Liverpul" klublarının keçmiş baş məşqçisi Yurgen Klopp Almaniya Futbol Liqasının (DFL) yeni ekspertlər komitəsinin tərkibinə daxil olub.
meqale.com xəbər verir ki, komitənin rolu alman futbolunun inkişafına, böyüməsinə və ümumi rəqabət qabiliyyətinə yönəlik səylərdən ibarət olacaq.
Bu elit qrupa Kloppdan başqa, "Real Madrid"in sabiq futbolçusu Sami Xedira və Bundesliqa klublarının bir neçə rəhbərləri də daxildir.