"Yuventus"un keçmiş futbolçusu 32 yaşında öldü
İspaniyalı sabiq futbolçu Niko Hidalqo vəfat edib.
meqale.com xəbər verir ki, bir müddətdir ağciyər xərçəngindən əziyyət çəkən oyunçu 32 yaşında dünyasını dəyişib. N.Hidalqo 2021-ci ildən sözügedən xəstəliklə mübarizə aparırdı. O, 2022-ci ildə səhhəti ilə əlaqədar karyerasını bitirmişdi. "Kadiz" klubu futbolçunun vəfatı ilə bağlı paylaşımında bildirib:
"Niko aramızdan ayrıldı. Sənin təbəssümünü və sevincini heç vaxt unutmayacağıq. Mübarizən bizim üçün nümunədir. Nur içində yat".