Zaqatalada itlər kütləvi şəkildə güllələnib

Zaqatala şəhəri, Danaçı massivində, zibillik ərazidə itlər kütləvi şəkildə güllələnib.

Zaqatalada itlər kütləvi şəkildə güllələnib
Zaqatala şəhəri, Danaçı massivində, zibillik ərazidə itlər kütləvi şəkildə güllələnib.

meqale.com xəbər verir ki, hadisə ilə bağlı görüntülər yayılıb.

Zaqatala rayon İcra Hakimiyyətindən bildirilib ki, itlərin güllələnməsi ilə bağlı məsələ araşdırılacaq: "Hazırda itlərlə bağlı çox sayda şikayət var. Onların sayı birdən-birə artıb. Hamısı da böyük itlərdir. İnsanlar çölə çıxanda, uşaqlar dərsə gedəndə qorxurlar. Kimsə itləri bu səbəbdən güllələmiş və ya zəhərləmiş ola bilər. Məsələ araşdırılacaq".