Zatulin əsəbiləşdi: Kurska görə Ermənistandan kömək istəyək?

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumuna görə Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı tərəfdaşlarından kömək istəmək niyyətində deyil.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin deyib.

"Xeyr, müraciət etməyəcəyik. KTMT-nin əsas ölkəsi olan Rusiyanın öz ərazisinə görə kimdənsə kömək istəməsi təəccüblü olardı. Kursk bölgəsində Rusiyaya kömək etmək üçün kimi cəlb edəcəksiniz? Qazaxları, yoxsa erməniləri? Siz axmaq suallar verirsiniz"- deyə o, bu yöndə sual verən jurnalistə əsəbiləşib.

Qeyd edək ki, Ukrayna ordusunun artıq Kursk vilayətinin Suca rayon mərkəzinə daxil olduğu bildirilir.