Zaur anasını itirən Xoşqədəm barədə bunları dedi

ATV kanalının aparıcısı Zaur Baxşəliyev efir vasitəsi ilə həmkarı Xoşqədəm Hidayətqızına  başsağlığı verib.

Zaur anasını itirən Xoşqədəm barədə bunları dedi
ATV kanalının aparıcısı Zaur Baxşəliyev efir vasitəsi ilə həmkarı Xoşqədəm Hidayətqızına  başsağlığı verib.

meqale.com xəbər verir  ki, bu barədə aparıcı "Bizimləsən" verilişində açıqlama edib.

"Dəyərli həmkarımız Xoşqədəm Hidayətqızının anası  dünyasını dəyişib. Allah rəhmət eləsin.Haqq dünyasına qovuşub. Başı sağolsun,axır qəmi olsun...", -deyə aparıcı qeyd edib.

Qeyd edək ki,ölkənin ən çox baxılan aparıcılarından  olan Xoşqədəm Baxşəliyeva ilə Zaur Baxşəliyevin münasdibətlərinin soyuq olduğu qeyd edilirdi.

Məlumat üçün bildirək ki, aparıcı Xoşqədəm Hidayətqızının anası  Ofeliya Baxşəliyeva dünən axşam vəfat edib. /Oxu24.com