Zaur Kərimov 4 ay əvvəl işdən çıxıbmış - Həmin vəzifədə indi Elşad Cəbrayılovdur - FOTO

Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional bölməsinin rəisi Zaur Kərimov 4 ay bundan əvvəl öz xahişi ilə işdən azad edilib.

Bu barədə meqale.com-a açıqlamasında AQTA-nın mətbuat katibi İlkin Kərimov məlumat verib.

Onun sözlərinə görə, həmin tarixdən etibarən bu vəzifəni Elşad Cəbrayılov icra edir:

"Qeyd olunan xəbər köhnə məlumat əsasında hazırlanıb. Belə ki, Zaur Kərimov 4 ay bundan əvvəl, yəni daha dəqiq desək, 16.12.2024-cü il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilib və elə həmin tarixdən etibarən bu vəzifəni Cəbrayılov Elşad Mehman oğlu icra edir".