Zelenski Ukraynanın arzusunu dilə gətirdi
"Ukraynanın arzusu təhlükəsizlik zəmanəti almaq və 2025-ci ildə Rusiya ilə müharibəyə son qoymaqdır. Bunun reallaşması üçün lazım olan hər şey ediləcək".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın "RaiNews24" telekanalına müsahibəsində deyib.
Onun fikrincə, Ukraynanın yenidən müharibəyə imkan verməyəcək təhlükəsizlik zəmanətlərinə ehtiyacı var.