Zelenskidən Putinin atəşkəs təklifinə reaksiya...

Rusiya Prezidenti Vladimir Putinin atəşkəs təklifi ultimatumdur və ona etibar etmək olmaz.

Zelenskidən Putinin atəşkəs təklifinə reaksiya...
Rusiya Prezidenti Vladimir Putinin atəşkəs təklifi ultimatumdur və ona etibar etmək olmaz.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski İtaliyanın "Sky TG24" telekanalına müsahibəsində deyib.

O, atəşkəs tələbləri yerinə yetirilsə belə, Putinin hərbi hücumunu dayandırmayacağını bildirib:

"Bunlar keçmişin mesajlarından heç bir fərqi olmayan ultimatum mesajlarıdır, ona görə də bu mesajlara etibar etməməlisiniz".

Qeyd edək ki, Putin Ukraynanın Donbas və "Novorossiya"dan qoşunlarını çıxarmağa başlayan və NATO-ya qoşulmamaq öhdəliyini götürən kimi Rusiyanın atəşi dayandıracağı və danışıqlara hazır olacağını bildirib.