Zəlzələ kütləvi məhbus qaçışı ilə nəticələndi

İyunun 2-də və 3-də Pakistanda baş verən zəlzələlər ciddi nəticələrə səbəb olub.

Zəlzələ kütləvi məhbus qaçışı ilə nəticələndi
İyunun 2-də və 3-də Pakistanda baş verən zəlzələlər ciddi nəticələrə səbəb olub.

meqale.com xəbər verir ki, yeraltı təkanlar səbəbindən Kəraçidə yerləşən Malir həbsxanasından 2 min məhbus təxliyə edilib.

Təxliyə zamanı yaranan xaosdan istifadə edən 213 məhbus həbsxanadan qaçıb. Polis dərhal ərazini mühasirəyə alıb. Nəticədə 78 məhbus saxlanılıb, bir nəfər atışma zamanı öldürülüb, üç təhlükəsizlik əməkdaşı isə yaralanıb.

Verilən məlumata əsasən, bu hadisə Pakistan tarixində ən böyük həbsxana qaçışı kimi qeydə alınıb.