Zubirin gələcək taleyi necə olacaq? - Qərar verildi
"Qarabağ"la müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq Abdullah Zubirin Ağdam təmsilçisindəki gələcək taleyinə aydınlıq gəlib.
meqale.com fanat.az-a istinadən xəbər verir ki, 32 yaşlı vinger bir neçə təklif alsa da, Azərbaycan təmsilçisində qalmaqda maraqlıdır.
O, Fransanın 2, Səudiyyə Ərəbistanının 1 klubu ilə danışıqlardan imtina edib. Hazırda "Qarabağ"ın idarəçiləri Abdullahla yeni müqavilənin detallarını razılaşdırır. Xüsusi nəsə baş verməsə, sözügedən oyunçu yeni 2 illik anlaşmaya imza atacaq.
Xatırladaq ki, "Qarabağ" Zubiri 2018-ci ildən "Lans"dan transfer edib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun