1 milyard insanda bu vitamin çatışmır

Dünya əhalisinin təxminən yarısının ən azı müəyyən dərəcədə D vitamini çatışmazlığından əziyyət çəkdiyi düşünülür. D vitamini çatışmazlığından əziyyət çəkən insanların isə sayının 1 milyarda çatdığı təxmin edilir. Xüsusilə sümük sağlamlığı üçün vacib olan bu vitamini günəş işığından və müxtəlif qidalardan əldə etmək olar. Çatışmazlıq halında əlavələr asanlıqla əldə edilə bilər. Bununla belə, bütün dünyada ciddi çatışmazlıq hələ də aradan qaldırıla bilmir.

meqale.com AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı "Nutrients" jurnalında araşdırma dərc olunub. Araşdırma məqaləsində alimlər D vitamini ilə bağlı tədqiqatları qiymətləndirib və bu problemin həlli üçün öz təkliflərini veriblər.

Əzələ və sümük sağlamlığının qorunmasında mühüm rol oynayan D vitamini qanda kalsium və fosfatı normal səviyyədə saxlamağa kömək edir. İmmunitet sisteminə də təsir edən bu vitamin dağınıq sklerozdan şəkər xəstəliyinə qədər müxtəlif xəstəliklərin qarşısını da alır. Tədqiqatçılar, həmçinin bildiriblər ki, D vitamini çatışmazlığı bədəni COVID (koronavirus) kimi yoluxucu infeksiyalara qarşı daha həssas edə bilər. D vitamini çatışmazlığı daha çox yaşlı və qaradərili insanlara təsir etsə də, hər kəs bu problemdən əziyyət çəkə bilər. Mütəxəssislər belə bir çatışmazlığın günəşdən və qidalardan kifayət qədər D vitamini almaması və ya orqanizmin vitaminləri lazımi şəkildə emal edə bilməməsi səbəbindən meydana gəldiyini bildiriblər.