Sabah bu qəsəbələrdə axşama kimi su olmayacaq
Sabah nasos stansiyasının kollektorunda aparılacaq yenidənqurma işləri ilə əlaqədar Sulutəpə, Qobu və Hökməli qəsəbələrinin bəzi hissələrinin su təchizatında fasilə yaranacaq.
Bu barədə meqale.com-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Məlumata əsasən, sabah saat 08:00-dan axşam saatlarınadək su verilişində məhdudiyyətlər tətbiq ediləcək.