16 yaşlı qız 23 yaşlı sevgilisini öldürdü - Əlində qeyri-etik şəkillərim var idi
16 yaşlı qız 23 yaşlı sevgilisini qətlə yetirib.
meqale.com xəbər verir ki, dəhşətli hadisə Türkiyənin Diyarbəkir vilayətində baş verib.
Diyarbakırın Bağlar mahalında yaşaayn 16 yaşlı Merve A. 23 yaşlı Muhammet Varoğlunu tapança ilə öldürüb. İstintaq çərçivəsində ifadəsi alınan Merve A. onunla sevgili olduğunu və oğlanın görüntüləri ilə onu şantaj etdiyini bildirib.
Merve A. ifadəsində Muhammet Varoğlu ilə iki həftə əvvəl sosial mediada tanış olduğunu və onun əlində özünə aid qeyri-etik görüntülərin olduğunu deyib. Qızın sözlərinə görə oğlanla ayrılacağı təqdirdə bu görüntüləri ailəsinə göndərməklə hədələyib. Hadisə günü narkotik təsiri altında olduğunu deyən Merve A. görüntülərin silinməsi üçün onu inandırmaq məqsədilə silahı götürdüyünü, ancaq Varoğlu ilə mübahisə zamanı tapançanın təsadüfən işə düşdüyünü söyləyib.
Merve A.-nın anası qızının psixoloji dərmanlardan istifadə etdiyini, hadisədən əvvəl dərman qəbulunu dayandırdığını deyib. Hadisədə həyatını itirən Muhammet Varoğlunun valideynləri isə oğullarının Quran kursunda dərs verdiyini bildirərək Merve A.-dan şikayətçi olduqlarını açıqlayıblar.