17 uşaqlı ailədə faciə - Biri öldü, digəri yaralıdır - FOTO

20:12 Bərdənin Cəyirli kəndində yaşayan 17 uşaqlı İsgəndərovlar ailəsinin iki oğlu yol qəzasına düşüb.

17 uşaqlı ailədə faciə - Biri öldü, digəri yaralıdır - FOTO
20:12 Bərdənin Cəyirli kəndində yaşayan 17 uşaqlı İsgəndərovlar ailəsinin iki oğlu yol qəzasına düşüb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə onların məskunlaşdığı Cəyirli kəndində qeydə alınıb.

Belə ki, sürücü İsgəndərov Binnət Taleh oğlunun idarə etdiyi "Lada Priora" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə sürücü, ailənin 22 yaşlı oğlu həlak olub. Sərnişinlər İsgəndərov Davud (ailənin digər oğlu) və Allahverdiyev Elmir imüxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Bərdə rayon mərkəzi xəstəxanasına aparılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Fotoda:İsgəndərov Binnət Taleh oğlu  

------------- 22.02.2025-ci il tarixində saat 20:30 radələrində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2 nəfər (hər biri kişi cinsli olmaqla) Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

meqale.com Trend-ə istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Allahverdiyev Elmir aqonal vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

1999-cu il təvəllüdlü İsgəndərov Davud müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

Qeyd edək ki, hadisə nəticəsində 1 nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

-------- 23:21

Bərdədə qəza zamanı sürücü öldü sərnişinlər ağır xəsarət alıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Cəyirli kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Lada priora markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı sürücü, 2003-cü il təvəllüdlü İsgəndərov Binnət Taleh oğlu həyatın itirib. Maşında olan sərnişinlər İsgəndərov Davud və Allahverdiyev Elmir isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.