Tramp: Ukrayna Donbası itirəcək

ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Rusiya əleyhinə "çox güclü" sanksiyalar tətbiq etməyi planlaşdırdığını və ölkənin neft sektoruna qoyulan məhdudiyyətlərin aradan qaldırılmayacağını bildirib.

meqale.com xəbər verir ki, o həmçinin Ukraynanın təklif olunan sülh planına baxması üçün noyabrın 27-ni uyğun tarix hesab etdiyini deyib.

Trampın sözlərinə görə, Rusiya Ukrayna ilə müharibəni davam etdirməkdə maraqlı deyil, lakin o iddia edib ki, Ukrayna Donbas ərazilərini qaçılmaz şəkildə itirəcək.

Bununla belə, ABŞ Prezidenti Moskvanın Baltik ölkələrinə hücum etmək niyyətində olmadığını vurğulayıb.

"Baltik dövlətlərinin narahat olmasına səbəb yoxdur, çünki Ukrayna münaqişəsi həll olunacaq", - Tramp bildirib. (APA)