Türkiyədə onlarla insan lahmacun və pidedən zəhərləndi
Türkiyədə onlarla insan qida zəhərlənməsi şübhəsi ilə xəstəxanalara aparılıb.
meqale.com xəbər verir ki, İstanbulun Şişli rayonunda yerləşən restoranda lahmacun yeyən 25 nəfər qida zəhərlənməsi şübhəsilə xəstəxanəyə müraciət edib. Xəstələrin müalicəsinin davam etdiyi, vəziyyətlərinin yaxşı olduğu bildirilib.
Gümüşhanədə məktəb yataqxanasında şagirdlərə nahar üçün pide sifariş edilib. Pideni yedikdən sonra şagirdlərdə qarın ağrısı, ürəkbulanma və qusma kimi şikayətlər yaranıb.
Hadisə yerinə göndərilən təcili tibbi yardım briqadaları 29 şagirdi Kelkit Dövlət Xəstəxanasına çatdırıb.
Şagirdlərin ümumi vəziyyəti yaxşıdır, həyati təhlükələri yoxdur.
29 şagirddən 23-ü saat 19:00-da evə buraxılıb, 6 şagird isə müşahidə altında saxlanılır.