17 yaşlı qıza sevgi mesajı yazan Benzema "topa tutuldu" - FOTO

Hazırda "Əl-İttihad"da çıxış edən "Real Madrid"in keçmiş hücumçusu Kərim Benzema yenə qalmaqala səbəb olub.

17 yaşlı qıza sevgi mesajı yazan Benzema
Hazırda "Əl-İttihad"da çıxış edən "Real Madrid"in keçmiş hücumçusu Kərim Benzema yenə qalmaqala səbəb olub.

meqale.com oxuya istinadən xəbər verir ki, bu dəfə Benzemanın yetkinlik yaşına çatmayan qıza mesaj yazdığı ortaya çıxıb.

Söhbət 17 yaşlı musiqiçi Lil Taydabdan gedir. Gənc qız Benzemanın "Instagram"da onunla mesajlaşdığını açıqlayıb.

"Youtube"da yayımlanan müsahibə zamanı ondan Benzema haqqında soruşublar. Lil Taydab belə cavab verib: "O mənim mesaj qutumdadır".

Qeyd edək ki, onun "Instagram"da 5 milyondan çox izləyicisi var.