18 yaşlı güləşçi qıza maşın hədiyyə edildi
NBA əfsanəsi və analitik Şakil O'Nil 18 yaşlı güləşçi Tamara Hamfrisə avtomobil hədiyyə edib.
meqale.com xəbər verir ki, O'Nil Tamaranın nəqliyyat problemi səbəbindən məşq və yarışları qaçırdığını öyrənərək ona 2025-ci il "Mitsubishi Outlander" bağışlayıb.
Gənc idmançı sosial şəbəkədə minnətdarlığını bildirib:
"Məşqlərə gedə bilmirdim, turnirləri qaçırırdım. İndi isə Şak mənə avtomobil verdi. Dəstəyiniz üçün təşəkkür edirəm, sizi məyus etməyəcəyəm".