2023-cü ilin ən yaxşı hakimi açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2023-cü ilin ən yaxşı hakiminin adını açıqlayıb.

2023-cü ilin ən yaxşı hakimi açıqlandı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2023-cü ilin ən yaxşı hakiminin adını açıqlayıb.

meqale.com qol.az-a istinadən xəbər verir ki, bu ada polşalı hakim Şimon Marçinyak layiq görülüb. O, 175 xalla hamını qabaqlayıb.

Daniele Orsato (95 xal, İtaliya) 2-ci, Kleman Turpin isə (64 xal, Fransa) 3-cü olub. 

Qeyd edək ki, Şimon Marçinyak Çempionlar Liqasının 2022/23 mövsümünün final görüşünün - "Mançester Siti" - "İnter" (1:0) matçının baş hakimi olub.