2026-cı ilin dövlət büdcəsi üzrə yeni proqnozlar açıqlanıb

2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41 milyard 703,6 milyon manat səviyyəsində proqnozlaşdırılır.

meqale.com-ın məlumatına görə, bu göstəricilər Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi sənədində öz əksini tapıb.

Qeyd edək ki, Maliyyə Nazirliyinin "Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama" sənədində dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat, xərcləri isə 41 milyard 548,6 milyon manat proqnozlaşdırılmışdı. Beləliklə, gəlirlər 186 milyon manat, xərclər isə 155 milyon manat artırılıb.