23 yaşlı qız dəm qazından öldü
Cəlilabad rayonunda gənc qız dəm qazından boğularaq ölüb.
meqale.com report-a istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.
Kənd sakini, 2003-cü il təvəllüdlü İsayeva Şükran Sakit qızı yaşadığı evinin hamamında dəm qazından boğulub.
Mərhumun meyiti müayinə edilməsi üçün rayon morquna təhvil verilib.