“Pis insanlar ölkəmizə gəlməsin”- Tramp doktrinasını təqdim etdi
ABŞ Prezidenti Donald Tramp "Donro Doktrinası"nın Qərb yarımkürəsində sabitlik və təhlükəsizliyi təmin etməyə yönəldiyini bildirib.
meqale.com xəbər verir ki, müsahibəsində ölkəyə narkotik və təhlükəli şəxslərin gətirilməsini istəmədiyini vurğulayıb.
Tramp doktrinanın adını öz şərəfinə dəyişdirdiyini qeyd edib. "Axios" portalına görə, bu doktrina klassik 1823-cü il "Monro Doktrinası"nın yenilənmiş versiyasıdır və ABŞ-nin Qərb yarımkürəsində təsirini qorumağa xidmət edir.