Yumurta niyə bahalaşır? - AÇIQLAMA
Paytaxt bazarlarında yumurtanın qiyməti artıb. Amma maraqlısı odur ki, qiymət artımını hərə bir cür amillə izah edir.
meqale.com xəbər verir ki, satıcılar artımın cüzi olduğunu bildiriblər:
"Yem qiymətlərinin yüksək olması məhsulun dəyərinə təsir edir. Məhsulu 38 qəpiyə alırıq, 40 qəpiyə satırıq. Bu isə alıcıları da qane etmir".
Məsələ ilə bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından bildirilib ki, yumurta istehsalı əvvəlki illərlə müqayisədə azalmayıb:
"Əksinə ümumi quşçuluq üzrə ümumi 42 faiz artım var. Yumurta istehsalına görə də 28 faiz artım var. Ölkədə yumurtaya olan tələbat tam ödənilir. Keçən il Azərbaycanda adambaşı yumurta istehsalı 147 ədəd idi. Bu il isə 187 ədəddir. Qiymətlər isə keçən ilkidir. 16-19 qəpik arasıdır".