240-dan çox rusiyalı idmançı cəzalandırıldı
Ümumdünya Antidopinq Agentliyi (WADA) 240-dan çox rusiyalı idmançını cəzalandırıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilib ki, qərar Moskva laboratoriyasından götürülmüş nümunələr əsasında verilib.
Bununla yanaşı, sübutların olmaması səbəbindən irəli sürülən bir neçə ittiham üzrə araşdırma dayandırılıb.