25 futbolçuya eyni gündə çağırış vərəqəsi verildi
Kiyevin "Obolon" futbol klubunun 25 futbolçusu eyni gündə hərbi xidmətə çağırış vərəqəsi alıb.
meqale.com lente istinadən xəbər verir ki, bunu "TaToTake" televiziya proqramının aparıcısı Mixail Spivakovski efirdə deyib. Jurnalistin sözlərinə görə, bu həftə Ukrayna Premyer Liqasında çıxış edən "Obolon" komandasının oyunçularına ərazi komplektləşdirmə mərkəzlərindən (keçmiş hərbi komissarlıq - red.) çağırış gəlib.
Bu mövsüm komanda Ukrayna çempionatında 13-cü yerdədir.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun