29 yaşlı qadın dəm qazından öldü

Zaqatalada bir uşaq anası dəm qazından zəhərlənərək ölüb.

29 yaşlı qadın dəm qazından öldü
Zaqatalada bir uşaq anası dəm qazından zəhərlənərək ölüb.

meqale.com bildirir ki, hadisə yanvarın 13-ü axşam saatlarında rayonun Yengiyan kəndində baş verib.

Belə ki, 1995-ci il təvəllüdlü Yengiyan kənd sakini Asya Natiq qızı Babayeva yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

A. Babayevanın ölümünün dəqiq səbəbini öyrənmək üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, A. Babayeva rayonun Kəpənəkçi kəndində ərdə olub.