77 yaşlı Elton işə düşdü!
Nitsadakı butikin sahibi Rayan Sukkar 77 yaşlı müğənni Elton Conun öz mağazasında tualet ehtiyacını ödədiyini bildirib.
meqale.com olay-a istinadən xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Sukkar məşhur sənətçinin hərəkətindən şoka düşdüyünü və üzüldüyünü etiraf edib. Sahibkarın deyib ki, o, 3 illik işində ilk dəfə idi ki, belə şey görüb.
Qeyd olunur ki, Elton Con iyulun 8-i günorta saatlarında Nitsada idman ayaqqabısı mağazasına baş çəkib. İfaçı məkandakı şəxslərdən yaxınlıqda ictimai tualetin olub-olmadığını soruşub. Ona "yox" cavabı veriblər. Daha sonra britaniyalı musiqiçi mühafizəçisindən butulka tələb edib, müştərilərdən bir neçə addım uzaqlaşıb və tualet ehtiyacını ödəyəndən sonra döşəməni batırdığı üçün onlardan dəsmal istəyib.