8 kəndlə bağlı son qərar: Azərbaycan hədəfini açıqladı – Durum dəyişir

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Teleqraf.com-un suallarını cavablandırıb.

8 kəndlə bağlı son qərar: Azərbaycan hədəfini açıqladı – Durum dəyişir
Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Asim bəy, rəsmi İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bütün tədbirlərini boykot etməsi fonunda 102-ci Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı da müzakirələrin getdiyi açıqlanır...

- Ermənistanın rəsmi olaraq KTMT-dən çıxması gözlənilən məsələ deyil. Sadəcə olaraq erməni tərəfi oyun oynayır. İrəvan Qərblə Rusiya arasında ilişib, qalıb. Heç bir istiqamətdə real addım atmaqda cəsarət etmir.

- Ermənistanda "dövlət içərisində dövlət yaratmaq" iddiasında olan qüvvələrin sülh prosesinə təsirini necə qiymətləndirirsiniz?

- Sülh istiqamətində addım atmaqda Ermənistan hakimiyyəti tərəddüd edir. Bu birbaşa onların qorxuları ilə bağlıdır. Keçmiş hərbi canilərin təzyiqi fonunda Rusiya qorxusu da var. Belə olan halda Ermənistan daha çox Qərblə oyunlar oynayır. Ona görə də, hansısa ciddi dəstək qazanmır. Sülhün ləngiməsi də məhz Ermənistanın yürütdüyü siyasətlə bağlıdır. Hazırda rəsmi İrəvan Rusiya ilə Qərb arasında seçim edə bilmir.

- Erməni tərəfinin Azərbaycanla birbaşa danışıqlarda narahatlığı ilə bağlıdır?

- Ermənistanın sülh prosesinə səmimi yanaşmasından çox şey asılıdır. Bu səmimiyyət olmadığına görə, onlar hər şeydən qaçırlar.

- İrəvanda Azərbaycanla və Türkiyə ilə aparılan və aparılacaq danışıqlar niyə xof, qorxu, təlatüm hesab edilir?

- Azərbaycanın və Türkiyənin Ermənistanı işğal etmək planı yoxdur. Qərbdə Ermənistandan böyük olan erməni icması istəmir ki, sülh yaransın. Erməni diasporasına problem və faciə lazımdır.

- Bu ilin sonuna kimi sülhün əldə olunacağı deyilirdi. Erməni tərəfi 15 günə də sülh əldə ediləcəyindən danışırdı. İki tərəf arasında son razılaşmalar fonunda sülhün qısa zamanda mümkünlüyü nə dərəcədə realdır?

- Hələlik sülh istiqamətində erməni tərəfindən heç bir addım atılmır. Onlar sadəcə olaraq fikirləri yayındırmaq üçün hər yerdə fərqli sözlər deyir. Hətta gün ərazində bir-birini təkzib edən bəyanatlar verirlər. Ermənistan parlamentinin spikeri bir söz deyir, xarici işlər naziri isə başqa mövzudan danışır, baz nazir isə onları təkzib edir. Ona görə də, qarşı tərəf sülh istiqamətində real addım atmaqda çətinlik çəkir.

- 8 kəndi hələ də Ermənistanın işğalında olan Azərbaycanın sülh danışıqları ətrafında olan imitasiyaya nə vaxta qədər səbrlə yanaşacağı gözlənilir?

- Azərbaycan təmkinlə proseslərin sonunu gözləyir. Ölkəmiz öz ərazilərini beynəlxalq hüquq normaları içərisində azad edib. BMT qətnamləri, ATƏT-in, Avropa Parlamentinin qərarları Azərbaycan tərəfindən icra olunub. Ermənistandan da gözlənilən sülhdür. Bölgədə əmin-amalıq, sabitlik üçün bu şərtdir. Azərbaycanın bölgə ilə bağlı çox böyük strateji planları var. Ölkəmiz bunların sürətlə icrasını istəyir.