“8-сi km bazarı parkın yerini işğal edib" - ŞƏRH
"8-сi km bazarının bağlanmasına çox sevinirəm. 21-ci əsrin üçüncü dekadasında paytaxtda belə bazarın olması utancdır. Qaloşla balıq bir piştaxtadan satılır".
meqale.com xəbər verir ki, bunu iqtisadçı Samir İsmayıl özünün "Facebook" hesabında "8-ci km bazarının" bağlanması ilə bağlı xəbəri şərh edərkən deyib.
Onun sözlərinə görə, bu obyekt ərazini cəhənnəmə çevirib:
"Çoxlarının "ucuz" bazar kimi tanıdığı bu obyektdə hər an yanğın baş verə bilər. Həm də antisanitariya mərkəzidir. Orada yaşayan sakinlər rəsmən bazarın girovudur. Alver maşın yolunun tən ortasında gedir. Onu ləğv edib, yerində nə tikəcəkləri hələ bilinmir. Əslində orada park olmalıdır. Həmin bazar parkın yerini işğal edib. Çobanzadə küçəsindən başlayan park Q.Qarayev prospektində qırılıb".
Qeyd edək ki, Bakıda "Vasmoy bazarı" kimi tanınan "8-ci km Ticarət Mərkəzi" MMC ləğv olunub.
Xəyal meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun