ABŞ-də məşhur yazıçının tərk edilmiş avtomobili tapıldı - FOTO

ABŞ-də 1940-cı ildə buraxılmış "Mercury" minik maşını tapılıb. Avtomobil məşhur yazıçı Marqaret Mitçelə məxsus olub.

ABŞ-də məşhur yazıçının tərk edilmiş avtomobili tapıldı - FOTO
ABŞ-də 1940-cı ildə buraxılmış "Mercury" minik maşını tapılıb. Avtomobil məşhur yazıçı Marqaret Mitçelə məxsus olub.

meqale.com oxuya istinadən xəbər verir ki, məşhur "Küləklə sovrulanlar" romanının müəllifi yeni "Mercury Eight" avtomobilini 1940-cı ildə avtosalondan alıb. Maşının orijinal sənədləri qorunub saxlanılıb.

1949-cu ildə yazıçının ölümündən bir qədər əvvəl "Mercury" anbara yerləşdirilib. Marqaret Mitçelin ölümündən sonra əri və qardaşı maşını satmağa çalışsalar da, alıcı tapılmayıb.

O vaxtdan bəri "Mercury Eight" anbarda qalıb və 74 il ərzində heç vaxt sürülməyib. Sedan pasla örtülüb, boyası isə soyulub. Avtomobilin mühərrikini hələ ki işə salmaq mümkün olmayıb, bu isə o deməkdir ki, avtomobilin uzun müddət bərpaya ehtiyacı var.

İndi Marqaret Mitçelin avtomobilini yenidən satmağa çalışacaqlar.

Qeyd edək ki, "eBay"də onun qiyməti 100.000 dollar olaraq dəyərləndirilib, baxmayaraq ki, 1940-cı ilin "Mercury"si, hətta mükəmməl vəziyyətdə belə, adətən daha ucuzdur.

Xatırladaq ki, birinci nəsil "Mercury Eight" 1939-1941-ci illərdə istehsal edilib və məşhur "Ford V8"in daha dəbdəbəli versiyası kimi ictimaiyyətə təqdim edilmişdi. Sedan 3,9 litrlik 100 at gücü olan səkkizlik və üç pilləli mexaniki transmissiya ilə təchiz edilib.