ABŞ-də ticarət mərkəzində atışma - ölən və yaralananlar var
ABŞ-ın Los-Anceles şəhərində "Uilovbrook" ticarət mərkəzində atışma nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə NBC televiziya kanalı məlumat verib.
Hadisə yerinə polis cəlb olunub.
Atışmanın hansı səbəbdən baş verdiyi araşdırılır.