ABŞ-də universitetdə atışma - 2 nəfər ölüb, 9 nəfər yaralanıb

ABŞ-nin Rod-Aylend ştatının Providens şəhərində yerləşən Braun Universitetində baş verən atışma nəticəsində iki nəfər ölüb, xəsarət alanların sayı doqquza yüksəlib.

meqale.com xəbər verir ki, bu barədə şəhərin meri Brett Smayli məlumat yayıb.

Məlumata əsasən, ölən və yaralananların hamısı Braun Universitetinin tələbələridir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması hələlik mümkün olmayıb. Araşdırmalar davam etdirilir.