Reutov şəhərinin meri avtomobil qəzasında öldü
Moskva vilayətinin Reutov şəhərinin meri Filip Naumenko dekabrın əvvəlində baş vermiş ağır yol qəzasından sonra bu gün xəstəxanada dünyasını dəyişib.
meqale.com bildirir ki, bu barədə məlumatı Moskva Vilayət Dumasının sədri İqor Bryntsalov təsdiqləyib.
Naumenko Nijni Novqorod vilayətində avtomobil qəzası keçirmiş və dərhal helikopterlə Moskvadakı xəstəxanaya çatdırılmışdı.