ABŞ nüvə silahını sınaqdan keçirdi
ABŞ Nevada ştatındakı nüvə poliqonunda subkritik sınaq keçirib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi yanında Milli Nüvə Təhlükəsizliyi İdarəsi (NNSA) məlumat yayıb.
"Təcrübə planlaşdırıldığı kimi, moratoriuma uyğun olaraq həyata keçirilib. Sınaq öz-özünə davam edən superkritik zəncirvari reaksiya yaratmadı", - deyə bildirilib.
Məlumata görə, sınaq mayın 14-ü baş tutub.