ABŞ Priqojinin qiyam planları barədə əvvəldən məlumat alıb - KİV
ABŞ "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin Rusiyada hərbi qiyam planları barədə əvvəldən məlumat alıb.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə CNN kanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, ABŞ kəşfiyyatı Priqojinin hansısa təxribat hazırladığını bilirdi. Bu həftənin əvvəlində Mərkəzi Kəşfiyyat İdarəsi (Central Intelligence Agency - CİA) "Vaqner"in şəxsi heyətinin və texnikasının Rusiya sərhədləri yaxınlığında yerdəyişməsi barədə Konqres rəhbərlərinə məlumat verib.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti "Vaqner"in Afrikadakı fəaliyyəti ilə əlaqədar 27 iyunda şirkətə qarşı növbəti sanksiyaların tətbiq edilməsini planlaşdırırdı, lakin Rusiyadakı vəziyyət fonunda bu tədbirlərin həyata keçirilməsi təxirə salınıb.