Arvadını hiddətləndirdi: "Bunu uşaqlara elə telefondaca dedi..."

Xəbər verdiyimiz kimi, amerikalı aktyor Kevin Kostnerlə həyat yoldaşı Kristin Baumqartner boşanır.

Arvadını hiddətləndirdi:
Xəbər verdiyimiz kimi, amerikalı aktyor Kevin Kostnerlə həyat yoldaşı Kristin Baumqartner boşanır.

meqale.com axşam.az-a istinadən bildirir ki, Kristin boşanmalarını aktyorun telefon vasitəsi ilə övladlarına deməsindən əsəbiləşib.

"Boşanacağımızı uşaqlara telefonda dedi. 24 illik münasibətimizin ardından Kevin 3 övladımızla 10 dəqiqə davam edən görüntülü danışıq apardı. Mən yox idim. 5 gün sonra evə gələcəyi təqdirdə niyə belə bir addım atdığını anlamadım. Mənim üçün bu qərarı üz-üzə və birgə vermək önəmli idi" deyə, o, bildirib.

Qeyd edək ki, Kostner və Baumqartner 18 ildir evlidirlər. Bu, aktyorun ikinci evliliyi olub. O, 1978-1994-cü illərdə Kristin ilə nikahda olub və bu evlilikdən də üç övladı var. Kostnerin 1996-cı ildə Bridzhit Runidən dünyaya gələn daha bir oğlu var.