AFFA rəsmisi “Qalatasaray”ın avrokubok matçında
UEFA nümayəndəsi Orxan Hüseynzadə yeni təyinat alıb.
meqale.com xəbər verir ki, o, UEFA Avropa Liqasının pley-off mərhələsində fevralın 20-də keçiriləcək "Qalatasaray" (Türkiyə) - AZ (Niderland) görüşünün UEFA nümayəndəsi olacaq.
Qarşılaşma İstanbul şəhərində yerləşən "Ali Sami Yen" stadionunda keçiriləcək.