Ağdaş sakini bıçaqlanaraq öldürüldü

Bu gün saat 01 radələrində Ağdaşda bıçaqlanma hadisəsi qeydə alınıb.

Ağdaş sakini bıçaqlanaraq öldürüldü
Bu gün saat 01 radələrində Ağdaşda bıçaqlanma hadisəsi qeydə alınıb.

Bu barədə DİN-in mətbuat xidmətinin regional qrupundan meqale.com-a məlumat verilib.

Bildirilib ki, 1968-ci il təvəllüdlü Hacıyev Araz Mahir oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən A.Hacıyevin qonşusu 1973-cü il təvəllüdlü Rüstəmli Rövşən Rüstəm oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-dən APA-ya bildirilib ki, ilkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.