Ağız təmizliyində sarımsaq satışdakı qarqara vasitələrindən daha təsirlidir - ARAŞDIRMA
Yeni elmi araşdırma sübut edir ki, sarımsaq ekstraktı ağız sağlığında "qızıl standart" sayılan kimyəvi tərkiblərlə rəqabət apara bilər. Üstəlik, sarımsaq antibiyotik müqaviməti riskini də azaldır.
meqale.com xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Şarja Universitetinin tədqiqatçıları sarımsağın bakteriyalarla mübarizə qabiliyyətini araşdırıblar. "Journal of Herbal Medicine" jurnalında dərc olunan nəticələrə görə:
Sarımsaq ekstraktlı məhlullar diş çürüməsinə səbəb olan Mutans Streptococci bakteriyasını yox etməkdə hazırda istifadə edilən xlorheksidin əsaslı qarqaralardan daha effektivdir.
3%-lik konsentrasiyaya çatdıqda sarımsaq bazardakı ən güclü kimyəvi təmizləyiciləri üstələyir.
Alimləri bu araşdırmaya sövq edən əsas amil kimyəvi qarqara vasitələrinin (xüsusən xlorheksidin) yan təsirləridir:
Uzunmüddətli istifadə dişlərdə qalıcı ləkələr yaradır.
Antibiyotik müqaviməti - bakteriyalar zamanla bu kimyəvi maddələrə qarşı dözümlülük qazanır ki, bu da qlobal sağlamlıq üçün ciddi təhlükədir.
Roma, Misir və Çin kimi qədim sivilizasiyalarda sarımsağın dərman kimi istifadə edilməsinin sirri onun tərkibindəki alisin birləşməsidir. Sarımsaq əzildikdə və ya doğrandıqda ortaya çıxan bu maddə bakteriyaların çoxalmasını dayandırır və hüceyrə stressini azaldır.
Təbii ki, sarımsaqdan istifadənin bəzi çətinlikləri də var. Tədqiqatda iştirak edənlər aşağıdakı hallardan şikayət ediblər: