Ağsuda ağır qəza: 8 nəfər xəsarət aldı - yenilənib - FOTO
23:27
28.03.2025-ci il tarixində saat 14 radələrində Ağsu Rayon Mərkəzi Xəstəxanasına 7 (2 qadın cinsli, 5 kişi cinsli) nəfər hospitalizasiya olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) meqale.com -ın sorğusuna cavab olaraq bildirilib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi yardımlar göstərilib.
Vəziyyəti qənaətbəxş olan 5 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda 2 nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Onların vəziyyətləri stabil qiymətləndirilir.
----------- 20:45 Ağsuda 8 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com xəbər verir ki, ilkin məlumata əsasən hadisə nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Hadisə zamanı Salmanova Elminaz, Zeynəb Salmanzadə, Əbülfəz Salmanov, Telman Cabbarov, Qurban Qurbanov, Hüseyn Hüseynov və Ramiz Şahbazov xəsarət alıblar.