Ağsuda yol qəzası - xəsarət alan var

Ağsu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ağsuda yol qəzası - xəsarət alan var
Ağsu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com report-a istinadən xəbər verir ki, avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.

Hadisə zamanı sərnişin, 1970-ci il təvəllüdlü Kazımova Gülbəniz Ağarıza qızı xəsarət alıb. Yaralı əvvəlcə təcili tibbi yardımın köməkliyi ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına, sonra isə Bakıda yerləşən xəstəxanaların birinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.