Bakıda “Toyota” qaçıran şəxs çox uzağa gedə bilmədi

Bakıda avtomobil oğrusu saxlanılıb.

Bakıda “Toyota” qaçıran şəxs çox uzağa gedə bilmədi
Bakıda avtomobil oğrusu saxlanılıb.

DİN-dən meqale.com-a verilən məlumata görə, noyabrın 11-də saat 20 radələrində Nizami rayonu ərazisindən "Toyota" markalı avtomobilin qaçırılması barədə Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini S.Quluzadə müəyyən olunaraq saxlanılıb.

Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun