Azərbaycanda sərxoş ata maşını aşırdı, azyaşlı oğlu öldü

İmişli rayonunda avtomobil aşıb, ölən və xəsarət alanlar var.

Azərbaycanda sərxoş ata maşını aşırdı, azyaşlı oğlu öldü
İmişli rayonunda avtomobil aşıb, ölən və xəsarət alanlar var.

meqale.com report-a istinadən xəbər verir ki, hadisə İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonunun Məmmədli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Coşqun Tağıyevin sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə idarə etdiyi VAZ-2107 markalı avtomobil ilə əks yola çıxmaqla ötmə əməliyyatı apararkən idarəetməni itirib aşaraq yol-nəqliyyat hadisəsi törədib. Nəticədə sürücü C.Tağıyev və avtomobildə olan sərnişinlər - 1976-cı il təvəllüdlü İnci Tağıyeva, 2009-cu il təvəllüdlü Rəqsanə Tağıyeva və 2014-cü il təvəllüdlü Fəxri Tağızadə xəsarət alıblar. Sonuncu noyabrın 12-də aldığı xəsarətlərdən İmişli Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı istintaq aparılır. meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun