Aİ Rusiyanın SWIFT-ə qoşulmasına icazə vermək niyyətində deyil

Avropa İttifaqı (Aİ) yaxın gələcəkdə Rusiyaya qarşı sanksiya rejimində dəyişikliklər etmək, həmçinin ölkə banklarının SWIFT sisteminə qoşulmasına icazə vermək niyyətində deyil.

Aİ Rusiyanın SWIFT-ə qoşulmasına icazə vermək niyyətində deyil

Bu barədə “Euractiv” portalı Avropa diplomatlarına istinadən məlumat yayıb.

"Sanksiyaların növbəti dəfə uzadılmasına qədər (2025-ci ilin iyul ayı) heç nə dəyişməyəcək və biz heç bir dəyişikliyin olmaması üçün çalışırıq. Çünki nə Rusiyanın özü, nə də onun məqsədləri dəyişməyib", - Aİ-dəki mənbə bildirib.

Aİ Ukraynada hərbi əməliyyatların dayandırılmasını və Rusiya qoşunlarının tam çıxarılmasını sanksiya rejiminin yenidən nəzərdən keçirilməsi üçün əsas hesab edir.

Qeyd olunub ki, mənzil-qərargahı Belçikada yerləşən SWIFT Avropa qaydalarına və Aİ-nin sanksiyalar haqqında qanunvericiliyinə tabedir.

Qara dənizdə atəşkəs sazişinin işə salınması məqsədilə hər hansı anti-Rusiya sanksiyalarını ləğv etmək üçün Tramp administrasiyasına Aİ-nin razılığı lazım olacaq.

Vaşinqtonun Rusiya bankları ilə əməliyyatlar aparmaq üçün onların SWIFT-ə qoşulmasını tələb etməyən alternativ yola əl ata biləcəyi istisna edilmir