“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
Xəbər verdiyimiz kimi, bu gün keçirilən əməliyyat zamanı "Qarabağ"-"Çelsi" oyununun biletlərini qanunsuz şəkildə satışa çıxaran bir neçə şəxs kiberpolis tərəfindən saxlanılıb.
meqale.com-ın məlumatına görə, saxlanılanlar arasında olan Rəşad Həsənov daha əvvəl "Baku TV"yə şikayətlə bildirib ki, matça bilet almağa cəhd etsə də, uğursuz olub.
Qısa müddət sonra isə həmin şəxs biletləri qeyri-qanuni yolla satdığı üçün polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, bu gün kiberpolisin keçirdiyi əməliyyat nəticəsində biletləri rəsmi satış məntəqələrindən alaraq daha yüksək qiymətə "qara bazar"da satmaq istəyən beş nəfər - Emil Dadaşov, Cavid Dadaşov, Rəşad Həsənov, Murad Mirkişiyev və Vüsal Zalov saxlanılıblar.