Ambulansda oksigen balonu partladı, həkimlər yaralandı
Türkiyədə təcili tibbi yardım avtomobilində olan oksigen balonu partlayıb.
meqale.com lente istinadən bildirir ki, hadisə Denizli şəhərinin Merkezefendi qəsəbəsində baş verib. Məlumata görə, təcili tibbi yardım stansiyasında oksigen balonunun dəyişdirilməsi zamanı partlayış olub.
Nəticədə 2 tibb işçisi yaralanıb. Hadisə yerinə yanğınsöndürənlər, həkimlər və polislər cəlb olunub.